Hollandiya polisi türk etirazçılara qarşı güc tətbiq edib

Hollandiya polisi türkiyəli nazirin avtomobilinin saxlanılmasına qarşı çıxan türk etirazçılarını dağıtmaq üçün gücdən istifadə edib.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşları etirazçılara qarşı dəyənəklərdən istifadə ediblər.

 

İnsident zamanı bəzi etirazçıların  xəsarət aldığı bildirilir.  Ərazidən uzaqlaşdırılan etirazçılar əllərində plakatlar qaldıraraq etirazlarını davam etdirirlər. 

 

Qeyd edək ki, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın avtomobili Rotterdamdakı Baş Konsulluğa yollanarkən Niderland polisi tərəfindən saxlanılıb.

 

Baş konsul Sadin Ayyıldızın sözlərinə görə,  nazir Fatma Betül Kayanın avtomobili konsulluq binasına az qalmış Niderland polisi tərəfindən saxlanılaraq, irəliləməsinə imkan verilməyib. Sadin Ayyıldız özünün də nazirin yanına buraxılmadığını qeyd edib.

 

Baş konsul konsulluğu tərk etməsinə icazə verilmədiyini bildirib.   

 

Bundan əlavə, nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən  “Anadolu” və TRT-nin jurnalistləri polis tərəfindən saxlanılaraq sənədləri yoxlanılıb.

 

Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna giriş-çıxışının Niderland polisi tərəfindən nəzarətə götürüldüyü qeyd olunur. 

 

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kaya Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

 

Xəbər verildiyi kimi, ötən gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

 

Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Binəli Yıldırım Hollandiya hökumətinin bu qərarını sərt tənqid edib.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. Nazirliyin bəyanatında Türkiyə XİN rəhbərinin Niderlanda səfərinin ləğv edilməsi biabırçı və qəbuledilməz addım adlandırılıb, bu qərarın Avropanın demokratiya dəyərlərinə və ikitərəfli münasibətlərə ciddi ziyan vuracağı qeyd olunub.

 

Çavuşoğlu Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək, onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ