İspaniyanın Bask regionunda müstəqilliklə bağlı aksiya keçirilib

ispaniyanin bask regionunda musteqillikle bagli aksiya kecirilib

Bu gün İspaniyanın daha bir regionunda müstəqilliklə bağlı aksiya keçirilib.

 

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Bask regionunda aksiya iştirakçıları 202 km uzunluqda "canlı zəncir" formalaşdırıblar.

 

Aksiya iştirakçıları Bask regionunun müstəqilliyi  ilə bağlı referendum keçirilməsini tələb ediblər.

 

Aksiyanı Baskdakı "Bizim əllərimizdə" təşkilatı təşkil edib. On minlərlə insan San-Sebastyan şəhərindən Bask regionunun inzibati mərkəzi Vitoridəki parlament binasına qədər canlı zəncir" formalaşdırıblar.

 

Qeyd edək ki, 1978-ci ildə qəbul edilən İspaniya Konstitusiyasına əsasən ölkə bölünməzdir.

 

Xatırladaq ki, keçən ilin oktyabrında İspaniyanın Kataloniya regionunda İspaniyanın tərkibindən birtərəfli çıxmaq və müstəqillik elan etməklə bağlı qanunsuz referendum keçirilib. Ancaq regionun müstəqilliyinə faktiki nail olmaq mümkün olmayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272