Makedoniya prezidenti ölkənin adının dəyişdirilməsini rədd edib

makedoniya prezidenti olkenin adinin deyisdirilmesini redd edib

Makedoniya prezidenti Qeorqe İvanov Skopye ilə Afina arasında imzalanmış, ölkənin adının dəyişdirilməsini nəzərdə tutan müqavilə ilə razılaşmadığını bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə Tera TV xəbər verib.

 

“Bu müqavilə cəmiyyəti birləşdirmir, əksinə onu daha çox ayırır. Mən Makedoniya xalqının və Makedoniya Respublikasının vətəndaşlarının ləyaqətini pozmayacaq həll üçün çalışacağam”, deyə Q.İvanov qeyd edib. Onun sözlərinə görə, müqavilə ölkə konstitusiyasını pozur.

 

Q.İvanov həmçinin deyib ki,  Makedoniyanın NATOAvropa İttifaqına can atması bu addıma haqq qazandırmır: “Bu mənim yekun mövqeyimdir. Təzyiq, şantaj və təhdidlərlə məni sarsıtmağa imkan verməyəcəyəm. Bu zərərli müqaviləni təsdiq etməyəcəyəm”.

 

Bundan əvvəl Yunanıstan və Makedoniya arasında Makedoniya Respublikasının adının dəyişdirilməsinə dair razılığın əldə olunduğu bildirilirdi. Makedoniyanın baş naziri Zoran Zayev ölkənin Şimali Makedoniya adlandırılacağını bəyan etmişdi.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267