Marneulidə poeziya gecəsi keçirilib

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Nizami Gəncəvi və Şota Rustaveli yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gənclər Mərkəzinin (MGM) təşkilatçılığı ilə keçirilən tədbir Üzeyir Hacıbəyovun “Sənsiz” romansı ilə başlayıb.

 

Sonra Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, jurnalist Nizami Məmmədzadə Nizami Gəncəvi və Şota Rustavelinin poeziyası barədə ətraflı məlumat verib, “Qarapapaqlar” jurnalının redaktoru Akif Xansultanlı isə N. Gəncəvinin “Yeddi gözəl” poeması haqqında danışıb.

 

Tədbirdə MGM-nin fəal gənclərindən Turanə Həsənova, Səmra Kərimova, Aytən Rüstəmova, gənc şair Vaqif Səyyah və digərləri gürcü və Azərbaycan dillərində şeirlər səsləndiriblər.

 

Jurnalist N. Məmmədzadə Gürcüstanda yaşayan ziyalılara MGM-in yeni kitabxanasına bədii kitablar bağışlamaq təşəbbüsü ilə çıxış edib. O, kitabxanaya dünyanın müxtəlif ölkələrindən olan yazıçıların 100-dən çox kitabını, həmçinin özünün nəşr etdirdiyi şeir və nəsr kitablarını hədiyyə edib.

 

Poeziya gecəsində çıxış edən MGM-nin layihə rəhbəri Emin Əhmədov Gənclər Mərkəzinin “Azərbaycan ədəbiyyatını tanıdaq” adlı yeni layihəsinin əhəmiyyəti haqqında fikirlərini bildirərək gənclərin maarifləndirilməsinin vacibliyini vurğulayıb.

 

Sonda Nizami Gəncəvinin sözlərinə yazılan musiqi nömrələri səsləndirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs herbi texnikasinin novbeti hissesi gurcustana getirilib fotosessiya
    ABŞ hərbi texnikasının növbəti hissəsi Gürcüstana gətirilib ...
  • sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq
    Sabah Bakıda 35, rayonlarda 42 dərəcəyədək isti olacaq ...
sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq sabah bakida 35 rayonlarda 42 dereceyedek isti olacaq +2
MƏZƏNNƏ
FOREX
/ 29 İyul, 2017

USD
1.7009
 
EUR
1.9877
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ