Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif edilib

turkiyede novbedenkenar prezident ve parlament seckilerinin kecirilmesi teklif edilib

Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi təklif olunub.

 

APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı 2019-cu il noyabrın 3-də keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkilərinin bu il avqustun 26-da keçirilməsini təklif edib.

 

Prezident üsul-idarəsinin hələ tam tətbiq olunmadığını söyləyən D. Baxçalı hazırda Türkiyənin xarici qüvvələrin təhdidi altında olduğunu bildirib: “Təklifimiz 26 avqust 2018-ci ildə prezident və parlament seçkilərinin keçirilməsi, xalqımızın Türkiyə düşmənlərinə lazımi dərs verməsidir. Növbədənkənar seçkilərin keçirilməsi bir milli zərurətdir”.

 

Türkiyə baş nazirinin müavini, hökumət sözçüsü Bəkir Bozdağ təklifin hakim Ədalət və İnkişaf Partiyasının ali qurumlarında müzakirə olunacağını açıqlayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267