Miloş Zeman Çexiyadakı prezident seçkilərinin birinci turunun qalibi olub

milos zeman cexiyadaki prezident seckilerinin birinci turunun qalibi olub

Çexiyanın hazırkı prezidenti Miloş Zeman ölkədə keçirilən prezident seçkilərinin birinci turunda  liderliyi ələ keçirib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə,  səsvermənin seçki məntəqələrinin 95 faizi üzrə nəticələrinə əsasən, seçicilərin 39,1 faizi (1,87 mln. səs) Miloş Zemana etimad göstərib.

 

Qeyd edək ki, Çexiyada prezident seçkilərinin birinci turu 12-13 yanvar tarixlərində keçirilib.

 

Məlumata görə, ikinci tura həmçinin 26,3 faiz səslə (1,25 mln. səs)   Elmlər Akademiyasının sabiq sədri Yirji Draqoş adlayıb.

 

Səsvermədə seçici aktivliyi 61,6% təşkil edib.

 

Birinci turun yekun nəticələri MSK tərəfindən yaxın saatlarda elan ediləcək.

 

Prezident seçkilərinin ikinci turu 26-27 yanvar tarixlərində keçiriləcək. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273