Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - YENİLƏNİB-2

parisin merkezinde atisma bas verib iki polis olub yenilenib 2

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb.  APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib. 

 

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb. 

 

**** 00.35

 

Parisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.  

 

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.  

 

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.   

 

Cinayətkarın axtarışı davam etdirilir.

 

İnsidentin terror aktı olduğu istisna edilmir.  

 

**** 00.03

 

Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.

 

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

 

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

 

Hazırda ərazidə araşdırmalara başlanılıb. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • komite sedri aztehsilli iqtisadi cehetden asili qadinlar zorakiliga daha cox meruz qalir
    Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar ...
  • azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib
    Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət ne...
azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ