Stoltenberq: “Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb”

stoltenberq hec bir nato olkesi turkiye qeder terror tehlukesine meruz qalmayib

Bu gün NATO baş katibi Yens Stoltenberqin Türkiyəyə səfəri başlayıb. 

  
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, NATO baş katibi öncə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. 
 

Görüşdən sonra keçirilən mətbuat konfransında Y. Stoltenberq bildirib ki, heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb. Y. Stoltenberq Türkiyənin 3 milyon qaçqına ev sahibliyi etdiyini də qeyd edib.

 

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu davamlı məlumatlandırdığını söyləyən Y. Stoltenberq Türkiyənin bu əməliyyat zamanı şəffaf davrandığını vurğulayıb. ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə Suriyada bir sıra hərbi obyektlərə zərbə endirməsinə toxunan NATO baş katibi deyib ki, kimyəvi silahlardan istifadə edilən zaman səssiz qala bilməzlər və ABŞ-ın Böyük Britaniya və Fransa ilə birgə atdığı addım da buna cavab olub. 
 

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə NATO-nun Türkiyəyə daha çox dəstək verməyə çağırıb: “Terrorla mübarizə tək bir NATO ölkəsinin işi olmamalıdır. Biz Afrin əməliyyatını həyata keçirərkən NATO-dan bir dəstək istəmədik və çox uğurlu əməliyyat keçirdik. İndi bu yerdə insanların həyat səviyyəsini yüksəltmək üçün birgə addımlar atmalıyıq”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027