Tbilisidə etirazçılar mərkəzi prospekti bağlı saxlayıb

tbiliside etirazcilar merkezi prospekti bagli saxlayib

Tbilisidə ötən gün parlamentin binası qarşısında keçirilmiş etiraz aksiyasının bir neçə iştirakçısı Rustaveli prospektində qalmaqdadır.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, etirazçıların prospektdə üç çadır qurması səbəbindən yol avtomobillərin hərəkəti üçün bağlıdır.

 

Aksiyanın təşkilatçılarından olan Zviad Kuprava və daha üç nəfər inzibati qanunvericiliyin tələblərinin pozulmasına görə saxlanılıb.

 

Ötən il Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzə saxlanılan şəxslərin azad olunmasını tələb edib. O, aksiyanın bu gün saat 14:00-da bərpa olunacağını bildirib.

 

Qeyd edək ki, ötən axşam aksiya zamanı yağış başladığına görə parlamentin binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb. Z. Saralidze oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər Rustaveli prospektindəki çadırdan çıxmayacağını deyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272