Tbilisidə gecə klublarında xüsusi əməliyyat keçirilib, saxlanılanlar var - YENİLƏNİB

tbiliside gece klublarinda xususi emeliyyat kecirilib saxlanilanlar var yenilenib

Tbilisinin “Bassiani və “Cafe Gallery” gecə klublarında keçirilən xüsusi əməliyyat nəticəsində 8 narkotik alverçisi saxlanılıb.

 

APA-nın “newsgeorgia.ge”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstan DİN-in mətbuat xidmətindən bildirilib.

 

Daxili İşlər Nazirliyi üç ay ərzində “Bassiani” və “Cafe Gallery” klublarında narkotik vasitələrin satışına dair faktları müəyyən etmək üçün intensiv əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirib”, məlumatda deyilir.

 

Hər iki gecə klubunun qarşısında asayiş keşikçiləri və polisin hərəkətlərinə etiraz edənlər arasında qarşıdurma yaranıb.  Polis əməkdaşlarına qarşı itaətsizlik və müqavimət göstərən bir neçə nəfər inzibati qaydada saxlanılıb.

 

Hazırda “Bassiani” və “Cafe Gallery” gecə klublarında zəruri istintaq tədbirləri davam etdirilir.

 

***

 

02:54

 

Gürcüstanın paytaxtı Tbilisidə, “Bassiani” və “Cafe Gallery” gecə klublarında hüquq-mühafizə orqanları tərəfindən xüsusi əməliyyat keçirilir.

 

APA-nın xəbərinə görə, “İberiya” telekanalı indiyədək 4 nəfərin saxlandığını bildirib.

 

Güc strukturlarındakı mənbələr gecə klublarında istintaq tədbirlərinin həyata keçirildiyini bildirib.  Hadisə ilə bağlı DİN-in mətbuat xidməti hələ ki, məlumat yaymayıb.

 

Qeyd edək ki, bir həftə ərzində Tbilisidə naməlum narkotik vasitə 5 nəfərin həyatına son qoyub. Gecə klubunda narkotik vasitə qəbul edib evə qayıdan gənclərin yuxuda olarkən öldüyü bildirilir.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273