Tbilisidə etiraz aksiyası davam edir- YENİLƏNİB-1

Tbilisidə parlamentin binası qarşısında saat 17:00-dan başlamış aksiya davam edir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, yağışın başlaması səbəbindən parlament binası qarşısında olan çadırlar Rustaveli prospektinə daşınıb.

 

Aksiya iştirakçıları yağışdan qorunmaq üçün çadırlara toplaşıblar.

 

Zaza Saralidze jurnalistlərə açıqlamasında deyib ki, oğlunun qətlində günahı olanların hamısı müəyyən olunmayana qədər  Rustaveli prospektindəki çadırdan çıxmayacaq.

 

***

 

19:12

 

Gürcüstanın müxalifət partiyalarının təşkilatçılığı ilə Tbilisidə keçirilən mitinq davam edir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyaya ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze də qatılıb.

 

O, aksiya iştirakçıları qarşısında çıxış edərək, daxili işlər naziri Giorgi Qaxariya və ədliyyə naziri Tea Tsulukianinin istefasını tələb edib.

 

Z. Saralidze həmçinin hakim “Gürcü Arzusu” partiyasını ədalətsizliyə qarşı birgə mübarizəyə qoşulmağa çağırıb. 

 

***

 

saat 17.10

 

Gürcüstanın bir sıra müxalifət partiyaları Tbilisidə parlamentin binası qarşısında mitinq keçirir.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, saat 16:00-a təyin olunmuş aksiya bir saat gecikmə ilə başlayıb.

 

 Gecikmə aksiya təşkilatçılarının bölgələrdən gələn vətəndaşları gözləməsi ilə bağlı olub.

 

Mitinqdə Vahid Milli Hərəkat, Milli Demokrat, “Dövlət xalq naminə”, Yeni Gürcüstan və Leyboristlər partiyalarının liderləri iştirak edir. Müxalifət partiyaları ötən ilin dekabrında Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidzeyə dəstək ifadə ediblər. Z. Saralidzenin də aksiyaya qatılacağı gözlənilir.

 

Parlamentin binası qarşısındakı Rustaveli prospektində nəqliyyatın hərəkəti dayandırılıb. Aksiya keçirilən əraziyə polis və təcili tibbi yardım maşını cəlb olunub.  

 

Qeyd edək ki, Z. Saralidze hökumətə iyun ayının 10-na qədər yeniyetmələrin qətli üzrə təhqiqatla bağlı konkret addımların atılmasını tələb edərək, əks halda hökumətin istefası tələbi ilə aksiyaların bərpa olunacağını bildirib. Ötən gün yeniyetmələrin qətlində təqsirləndirilən Gürcüstan Baş Prokurorluğunun keçmiş əməkdaşı Mirza Subeliani saxlanılıb. Ona qarşı cinayət barədə məlumat verməmək ittihamı irəli sürülüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida isiqforun islememesi avtoqezaya sebeb olub
    Bakıda işıqforun işləməməsi avtoqəzaya səbəb olub
  • sirvan milli parkinin erazisinde raketler askarlanib
    Şirvan Milli Parkının ərazisində raketlər aşkarlanıb
sirvan milli parkinin erazisinde raketler askarlanib sirvan milli parkinin erazisinde raketler askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272