Tiflisdə Avropa İttifaqının enerji üzrə proqramının ofisi açılıb

Tiflisdə Şərq Tərəfdaşlığı ölkələrində enerji sektorunun inkişafı üçün Avropa İttifaqının (Aİ) İdarəetmə Proqramının (EU4Energy) regional ofisi açılıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstan baş nazirinin müavini, Energetika naziri Kaxa Kaladze, Avropa Qonşuluq Siyasəti və Genişlənmə Komissiyasının baş direktor müavini Katerina Maternova, Energetika Birliyi Katibliyinin direktoru Yanes Kopaç çıxış ediblər.

 

Yeni proqramın həyata keçirilməsi haqqında saziş 2016-cı ilin iyununda “Enerji Birliyi”  beynəlxalq təşkilatı və Avropa Komissiyası tərəfindən imzalanıb. Bu proqram enerji sahəsində Aİ-nin regional əməkdaşlıq proqramı İNOGATE-in davamıdır. Proqram dörd il üçün nəzərdə tutulub və altı ölkəni əhatə edir. Bu ölkələrə Moldova, Ukrayna, Ermənistan, Gürcüstan, Azərbaycan və Belarus daxildir. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilib.

 

EU4Energy proqramı qaz, elektroenerji sahələrinin keyfiyyəti və yeni enerji mənbələrinin tapılması ilə məşğul olacaq. Proqramın ümumi enerji əlaqələndirilməsi ilə Enerji Birliyi Katibliyi məşğul olacaq. Proqramın Şərq Tərəfdaşlığı ölkələri üçün büdcəsi 6,8 milyon avro təşkil edir. 

 

Tədbirdə Aİ-nın Gürcüstan nümayəndəliyi, diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • parisde makron ve putin arasinda gorus olub yenilenib
    Parisdə Makron və Putin arasında görüş olub - YENİLƏNİB...
  • moskvada bas veren qasirga neticesinde 11 nefer olub
    Moskvada baş verən qasırğa nəticəsində 11 nəfər ölüb...
moskvada bas veren qasirga neticesinde 11 nefer olub moskvada bas veren qasirga neticesinde 11 nefer olub +2
MƏZƏNNƏ
FOREX
/ 30 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ