Tramp: “NATO ölkələri hərbi xərclərini görünməmiş səviyyədə artıracaq”

tramp nato olkeleri herbi xerclerini gorunmemis seviyyede artiracaq

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini görünməmiş həddə qədər yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıb.  

 

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, D. Tramp bunu Brüsseldə NATO zirvə toplantısının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

 

“Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”, - deyə ABŞ prezidenti söyləyib. O bildirib ki, il ərzində NATO ölkələri hərbi xərclərini 33 milyard dollar artırıb: “ABŞ NATO-da qalır və bizim ittifaqa bağlılığımız çox möhkəmdir”.    

 

Qeyd edək ki, NATO zirvəsinin qapalı toplantısında D. Trampin digər ölkələri hərbi xərclərini artırmayacağı təqdirdə ABŞ-ın ittifaqı tərk edəcəyi ilə hədələdiyi barədə xəbər yayılıb. Lakin bu xəbər təkzib edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:00 20 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxi sakini hemyerlisinin avtomobilini asirib 3 neferi doyerek xesaret yetirib
    Şamaxı sakini həmyerlisinin avtomobilini aşırıb, 3 nəfəri dö...
  • bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib
    Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının növbəti iclası k...
bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib bakida mdb daxili isler nazirleri surasinin novbeti iclasi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267