Türkiyə prezidentinin Rusiyaya səfəri başlayıb

turkiye prezidentinin rusiyaya seferi baslayib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri başlayıb.

 

APA-nın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarını qəbul edəcək. Tərəflər arasında enerji sahəsində birgə layihələr və terrorçuluğa qarşı mübarizə məsələləri müzakirə olunacaq.
 
Dövlət başçıları Rusiya və Türkiyə arasındakı Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasında iştirak edəcəklər. Türkiyənin ilk Atom Elektrik Stansiyasının və “Türk axını” qaz kəmərinin tikintisi gündəmdə olan əsas məsələlərdir. Bundan başqa, regional problemlərin aktual aspektləri, ilk növbədə Rusiya və Türkiyənin beynəlxalq terrorçuluğa qarşı birgə mübarizəsi və Suriya münaqişəsinin nizamlanması barədə fikir mübadiləsi aparılacaq. 
 
Sammitin yekunu olaraq bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • italiyada birinci azerbaycan film festivalinin acilisi olub
    İtaliyada birinci Azərbaycan Film Festivalının açılışı olub...
  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ