Türkiyə XİN rəhbərinin təyyarəsi Fransada eniş edib

turkiye xin rehberinin teyyaresi fransada enis edib

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv etdikdən sonra XİN rəhbərinin təyyarəsi Fransanın Mets şəhərində eniş edib.  APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Fransada Çavuşoğlunun türk diasporunun  mitinqində çıxış edəcəyi planlaşdırılıb.  

 

“Görüş Mets şəhərinin Konqres Sarayında keçiriləcək. Zal yerli türk assosiasiyası tərəfindən icarəyə götürülüb, Mozel prefekturası təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürüb”, - deyə Fransa rəsmi qurumlardan bildirilib.   

 

Qeyd edək ki, M.Çavuşoğlu ötən gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək onları Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı.

 

Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib.

 

Türkiyə prezidenti cavab tədbirləri görəcəyini vəd edib.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ