Türkiyənin baş naziri Gürcüstana səfər edəcək

turkiyenin bas naziri gurcustana sefer edecek

Türkiyənin baş naziri Binəli Yıldırım bu günlərdə Gürcüstana səfər edəcək.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü jurnalistlərə açıqlamasında bildirib.

 

“Bu günlərdə Türkiyənin baş naziri Binəli İldırımın Gürcüstana səfəri gözlənilir. Səfər çərçivəsində ölkələrimiz arasında strateji iş birliyinin ikinci  konfransı keçiriləcək”, deyə səfir bildirib.

 

Səfir həmçinin yaxın günlərdə Batumidə Türkiyə, Gürcüstan və Azərbaycan müdafiə nazirlərinin görüşünün keçiriləcəyini təsdiqləyib və bildirib ki, üçtərəfli görüşdə hərbi sahədə əməkdaşlığa dair mühüm məsələlər müzakirə olunacaq.

 

Mayın 19-da Türkiyənin Gürcüstandakı səfirliyində Atatürkün anım günü keçirilib. Türkiyə səfiri Zeki Levent Gümrükçü tədbirdə çıxış edib,  mayın 21-də Tiflisdə Türkiyə ilə Gürcüstan arasında diplomatik əlaqələrin 25 illiyini qeyd edəcəklərini bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • islamiadanin baglanis merasiminden goruntuler fotosessiya
    İslamiadanın bağlanış mərasimindən görüntülər - FOTOSESSİYA...
  • islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4
    İslamiadanın bağlanış mərasimi “Birlik” konserti ilə başa ça...
islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 islamiadanin baglanis merasimi birlik konserti ile basa catib yenilenib 4 +2
MƏZƏNNƏ
FOREX
/ 23 May, 2017

USD
1.7023
 
EUR
1.9047
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ