Türkiyənin hakim partiyasının üzvlərinə silahlı hücum olub, 3 nəfər ölüb, 9 nəfər yaralanıb - YENİLƏNİB

turkiyenin hakim partiyasinin uzvlerine silahli hucum olub 3 nefer olub 9 nefer yaralanib yenilenib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Şanlıurfadan olan millət vəkili İbrahim Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıb. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, hadisə Şanlıurfa şəhərinin Suruç rayonunda, Cümhuriyyət məhəlləsində qeydə alınıb.

 

İnsident nəticəsində 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb. Məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) üzvləri ilə Xalqların Demokratik Partiyasının (HDP) üzvləri olduğu ehtimal edilən şəxslər arasında əvvəlcə mübahisə yaranıb. Sonra həmin şəxslər odlu silah, bıçaq və dəyənəklərlə hakim partiya üzvlərinə hücum edib.

 

Hücum nəticəsində İbrahim Halil Yıldızın qardaşı Mehmet Ali Yıldız və daha 2 nəfər dünyasını dəyişib. Aralarında deputatın dörd yaxınının da olduğu 9 nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili yardım briqadaları cəlb olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. 

 

Türkiyənin baş naziri Binəli Yıldırım hücumun PKK tərəfdarları tərəfindən törədildiyini təsdiqləyən faktlar olduğunu bildirib 

 

*** 20.18

 

Türkiyənin hakim Ədalət və İnkişaf  Partiyasının Şanlıurfadan olan millət vəkili Halil Yıldız və partiyanın onunla birgə olan digər üzvləri seçki kampaniyası zamanı silahlı hücuma məruz qalıblar.

 

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3 nəfər ölüb 8-i yaralanıb.  

 

Hadisə yerində xeyli sayda polis əməkdaşı, təcili yardım briqadaları və tibbi helikopter cəlb olunub.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
  • mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya
    Müdafiə sənayesi naziri Yavər Camalov dəfn edilib - FOTOSESS...
mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya mudafie senayesi naziri yaver camalov defn edilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267