Yens Stoltenberq Rusiyanı NATO üçün təhlükə adlandırıb

yens stoltenberq rusiyani nato ucun tehluke adlandirib

Bakı-APA. NATO baş katibi Yens Stoltenberq Rusiyanın NATO üçün təhlükələrdən biri olduğunu bəyan edib.

 

APA-nın məlumatına görə, Y. Stoltenberq bunu “Bild” nəşrinə müsahibəsində bildirib.

 

NATO-nun Varşava sammitinə az qalmış belə bir bəyanatla sıxış edən Y. Stoltenberq deyib ki, sammit təhlükəsizlik üçün həlledici məqamda keçirilir: “Biz xüsusən Rusiya tərəfindən gözlənilməz və mürəkkəb problemlərlə üzləşmişik. Rusiya sərhədləri dəyişmək üçün zor tətbiq etməyə hazırdır. Biz Rusiya ilə qarşıdurmaya can atmırıq. “Soyuq Müharibə” tarixdir və belə də qalmalıdır”.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya prezidenti Vladimir Putin NATO-nun bəhanələrlə Rusiya sərhədinə doğru hərəkət etdiyini bəyan edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nazirlik denizde batmis gencin cesedini xilasedici cixarib
    Nazirlik: "Dənizdə batmış gəncin cəsədini xilasedici çıxarıb...
  • sumqayitda yangin olub
    Sumqayıtda yanğın olub
sumqayitda yangin olub sumqayitda yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273