Con Kerri Gürcüstana səfər edib

con kerri gurcustana sefer edib

ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.

 

APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib. Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.

 

"Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı". Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”.

 

 Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev microsoft sirketinin korporativ vitse prezidenti ile gorusub
    Prezident İlham Əliyev “Microsoft” şirkətinin korporativ vit...
  • davosda azerbaycan ve ukrayna prezidentleri arasinda gorus olub
    Davosda Azərbaycan və Ukrayna prezidentləri arasında görüş o...
davosda azerbaycan ve ukrayna prezidentleri arasinda gorus olub davosda azerbaycan ve ukrayna prezidentleri arasinda gorus olub +2
MƏZƏNNƏ
FOREX
/ 18 Yanvar, 2017

USD
1.8045
 
EUR
1.9302
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ