Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə qərar verib

avropa ittifaqi surasi ukrayna ile viza rejiminin legvine qerar verib

Avropa İttifaqı Şurası bu gün Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib. 

 

APA-nın məlumatına görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko açıqlama yayıb. "Elə indicə Avropa İttifaqının Nazirlər Şurası bizlərə - Ukrayna vətəndaşlarına vizasız səyahət hüququ verən yekun qərar qəbul edib. Mayın 17-də Strasburqda bu barədə müvafiq qanunvericilik aktı təntənəli şəkildə imzalanacaq. Bu, yəqin ki, mənim Ukrayna dövlətinin rəhbəri postunda 3 illik fəaliyyətim dövründə ən vacib səfərlərdən biri olacaq", - deyə o, söyləyib.

 

P. Poroşenko bildirib ki, qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək: "Təxminən 11 iyun tarixində 34 Avropa ölkəsi vizasız səfərlər üçün Ukrayna biometrik pasportunun sahiblərinə yaşıl işıq yandıracaq. Bu, sadələşdirilmiş viza rejimindən daha böyük məna kəsb edir. Bu, dövlətimizin müstəqilliyinin, insanlarımızın azadlığının təsdiqlənməsi yolunda - Avropaya doğru nəhəng addımdır".    

 

Xatırladaq ki, aprelin 6-da Avropa Parlamenti Ukrayna ilə viza rejiminin ləğvi barədə qərar qəbul edib. Aprelin 26-da Aİ ölkələrinin səfirləri bu qərarı təsdiqləyib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zakir hesenov nato nun toplantisinda istirak edecek
    Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
  • erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir
    Ərdoğan: “Türkiyə Suriyada daha bir hərbi əməliyyat keçirməy...
erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir erdogan turkiye suriyada daha bir herbi emeliyyat kecirmeye hazirdir +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ