Belarusda yeni neft yatağı kəşf edilib

belarusda yeni neft yatagi kesf edilib

Belarusun Homel vilayətində 1,6 mln. tondan çox ehtiyatı olan yeni neft yatağı kəşf edilib.  

 

APA-nın “Sputnik Belarus”a istinadən verdiyi xəbərə görə, bu barədə “Belarusneft” neft-qaz istehsalat birliyinin mətbuat xidmətinin məlumatında bildirilir.   

 

Məlumata görə, “Uqolskoye” adı verilmiş yeni yataq dərinlikdə yerləşdiyindən işlədilməsi çətin hesab edilən yataqlara aiddir.

 

Yatağın ehtiyatlarına dair daha dəqiq proqnozları kəşfiyyat quyusu qazıldıqdan sonra vermək mümkün olacaq.  

 

Xatırladaq ki, 2015-ci ilin avqustunda həmin ərazidə 350 min tondan çox ehtiyatı olan neft yatağı kəşf edilib.

 

Qeyd edək ki, Belarusda, ümumilikdə, 65 neft yatağı tədqiq edilib, onlardan 39-u işlənilir. Belarusun neft hasilatın illik həcmi təxminən 1,645 mln. ton təşkil edir. Hasil edilən neftin çoxu əsasən Almaniyaya və digər Avropa ölkələrinə ixrac olunur.    

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:12 23 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • milli dram teatrinda lutfi memmedbeyovun 90 illiyine hesr olunmus tedbir kecirilib
    Milli Dram Teatrında Lütfi Məmmədbəyovun 90 illiyinə həsr ol...
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Fevral, 2017

USD
1.7447
 
EUR
1.8426
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ