Ərdoğan: "Dostum Putinlə regional problemləri müzakirə edəcəyik"

erdogan dostum putinle regional problemleri muzakire edeceyik

”Bu gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında dostum Putinlə regional problemləri də müzakirə edəcəyik”.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kremldə Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, VI Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemlərin həlli yolları da müzakirə olunacaq: "Regional problemlərin müzakirəsi Türkiyə və Rusiyanın regionda təsir gücün artmasına yardımçı olacaq".
 
Türkiyə prezidenti  iki ölkə arasında “Türk axını” qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: "Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq". 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida daha bir kuce temirden sonra suruculerin istifadesine verilib
    Bakıda daha bir küçə təmirdən sonra sürücülərin istifadəsinə...
  • bdu da 31 mart soyqirimi qurbanlari anilib
    BDU-da 31 mart soyqırımı qurbanları anılıb
bdu da 31 mart soyqirimi qurbanlari anilib bdu da 31 mart soyqirimi qurbanlari anilib +2
MƏZƏNNƏ
FOREX
/ 29 Mart, 2017

USD
1.722
 
EUR
1.8623
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ