Ermənistanın sabiq müdafiə naziri haqqında həbs qərarı verilib

ermenistanin sabiq mudafie naziri haqqinda hebs qerari verilib

Ermənistanın sabiq müdafiə naziri, Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Mikael Arutunyan Konstitusiya quruluşunu zorakılıqla devirməkdə ittiham olunur.

 

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Qrupunun rəhbərinin qərarına əsasən 2008-ci il fevralın 23-dən martın 2-nə qədər vəzifədə olmuş müdafiə naziri və digər rəsmilərə qarşı cinayət işi qaldırılıb. Bu cinayət işi 2008-ci il 1-2 mart hadisələri üzrə cinayət iş ilə birləşdirilib. İş üzrə M. Arutunyanı təqsirləndirilən şəxs qismində cəlb etməyə qərar verilib.     

 

İstintaqın məlumatına görə, 2008-ci il prezident seçkiləri ərəfəsində Konstitusiyada əksini tapmış azad seçki prinsipi pozulub, nəticədə xalq öz hakimiyyətini azad seçki yolu ilə həyata keçirmək imkanından məhrum olub: “Fəaliyyətdə olan prezident Robert Köçəryan və baş nazir, prezidentliyə namizəd Serj Sarkisyanın tərəfdarlarının törətdiyi çoxsaylı qanun pozuntuları əhalinin qəzəbinə səbəb olub və fevralın 20-dən başlayaraq Yerevandakı Azadlıq meydanında dinc və kütləvi etiraz aksiyaları başlayıb. Əhalinin geniş təbəqələrinin narazılığı və dinc mitinqlərə kütləvi qatılması hakimiyyətin ciddi narahatlığına səbəb olub. Bir sıra vəzifəli şəxslər, o cümlədən müdafiə naziri M. Arutunyan Konstitusiya quruluşunun zorakılıqla devrilməsinə yönəlmiş fəaliyyətlərə yol veriblər. Nazir və digər vəzifəli şəxslər ordunun siyasi proseslərə qarışmaması və neytrallığını qorumasına dair Konstitusiya müddəasını pozublar. Prezidentin yalnız Ermənistana silahlı hücum, birbaşa təhdid və ya müharibə elan olunması halında fövqəladə vəziyyət elan edərək ordudan istifadə etmək hüququna malik olması barədə Konstitusiya maddəsi də pozulub”.  

 

Xüsusi İstintaq Qrupunun məlumatında deyilir ki, M. Arutunyan 2008-ci il fevralın 23-də “Ali Baş Komandan tərəfindən qoyulmuş tapşırıqların yerinə yetirilməsi haqqında” gizli və qanunsuz əmr imzalayıb: “Əmrdə dinc etirazçılar seçkilərin nəticələrini qəbul etməyən, sabitliyi pozan qüvvələr kimi xarakterizə olunaraq ordunun şəxsi heyətinin kazarma vəziyyətinə keçirilməsi əksini tapıb. Başqa bir əmrlə bir sıra ordu bölmələri daimi dislokasiya yerlərindən çıxarılaraq paytaxta və yaxın yerlərə göndərilib. Martın 1-də Müdafiə Nazirliyinin bölmələri hərbi texnika ilə Yerevanın Respublika meydanına və ətraf küçələrə çıxıb. Həmin gün, gecə vaxtı ordu və polis bölmələri silah, xüsusi vasitələr və partlayıcı qurğuların köməyi ilə silahsız nümayişçiləri meydandan çıxarmağa başlayıb. Nəticədə yüzlərlə şəxs müxtəlif bədən xəsarətləri alıb, 8 mülki şəxs və 2 polis ölüb, Mitinq dağıdılıb. Ölkənin beynəlxalq nüfuzuna ciddi zərbə dəyib”.    

 

M. Arutunyan haqqında axtarış elan olunub və qəti imkan tədbiri kimi onun həbsi barədə qərar qəbul olunub. İstintaq davam edir.

 

Xatırladaq ki, 2008-ci ilin prezident seçkiləri zamanı hazırkı baş nazir Nikol Paşinyan müxalifətin prezidentliyə namizədi Levon Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olub. Hadisələrdən sonra o, gizlənib və 1 il sonra polisə təslim olub. Məhkəmənin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum olunan N. Paşinyan qısa müddət sonra amnistiya aktı ilə azadlığa çıxıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267