Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan istintaqa çağırılıb

ermenistanin sabiq mudafie naziri seyran ohanyan istintaqa cagirilib

Ermənistan Dövlət Gəlirləri üzrə Komitəsi Silahlı Qüvvələrin ehtiyacları üçün dövlət sifarişi ilə satınalmalar sahəsində pozuntuları araşdırır.

 

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, Komitənin orduda 2014-2017-ci illərdə dövlət sifarişi ilə satınalmalar və tikinti sahəsində aşkarladığı pozuntularla əlaqədar ordunun Əsaslı təmir və mənzil təchizatı idarəsinin İstehsalat-texniki bölməsinin sabiq rəisi Qriqor Barseqyana qarşı ittiham irəli sürülüb.

 

Q. Barseqyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, böyük həcmdə fırıldaqçılıqda, sənədlərin saxtalaşdırılmasında günahlandırılır. Əsaslı təmir və mənzil təchizatı idarəsinin rəisi Aşot Qriqoryan isə böyük həcmdə fırıldaqçılıqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, sənədlərin saxtalaşdırılmasında ittiham edilir. İstintaq A. Qriqoryanın səlahiyyətlərinin müvəqqəti dayandırılması barədə qərar verib.

 

İstintaqla əlaqədar bir çox yüksək rütbəli şəxsin kabinetində axtarışlar aparılıb, onlarla insanın ifadəsi alınıb.

 

İfadəyə çağırılanlar arasında sabiq müdafiə naziri Seyran Ohanyan da var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267