İrəvanda etiraz aksiyası dağıdılıb - YENİLƏNİB

irevanda etiraz aksiyasi dagidilib yenilenib

İrəvanda etirazçılarla polis arasında toqquşma baş verib.

 

APA-nın News.am-a istinadən verdiyi xəbərə görə, polis Tiqran Mets prospektini bağlamağa cəhd edən aksiyaçılara qarşı güc tətbiq edib.

 

Etirazçılarla polis polis arasında toqquşma Nalbandyan küçəsində də qeydə alınıb. Nəticədə aksiya polis tərəfindən dağıdılıb. Sabah İrəvanda  növbəti aksiyaların keçiriləcəyi planlaşdırılır.

 

***

 

20:20

 

İrəvanda etiraz aksiyası keçirilir.

 

APA-nın News.am-a istinadən verdiyi məlumata görə, Azadlıq meydanından yürüşə başlayan etirazçılar Sayat Nova prospektində oturaq aksiya keçirir.

 

Hadisə yerinə çox sayda polis cəlb edilib. Etirazçılar Ermənistanın baş prokuroru Artur Davtyanın istefasını tələb edirlər.

 

Aksiya iştirakçıları 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasının zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın  “Yerablur” fəxri xiyabanında dəfn edilməsinə icazə verilməsini tələb edirlər.


Qeyd edək ki, 2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan martın 16-da İrəvanda ölüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin herbi akademiyasinda buraxilis merasimi olub
    Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi o...
  • qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub
    “Qarabağ” klubu haqqında çəkilən film “Çelsi”nin stadionund...
qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub qarabag klubu haqqinda cekilen film celsi nin stadionunda teqdim olunub +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ