İrəvanın mərkəzində fasiləsiz "oturaq" aksiyası keçirilir

2016-cı ilin yayında İrəvan Polis İdarəsinin binasını zəbt edən silahlı dəstənin üzvlərini qida məhsulları ilə təmin edən və cinayətkarlarla əlaqədə olmaqda ittiham olunan 49 yaşlı Artur Sarkisyan ötən gün İrəvanda ölüb.  

 

APA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə,  A.Sarkisyanın ölümü İrəvandakı seçkiqabağı gərgin vəziyyəti daha da ağırlaşdırıb.  Məlumata görə, martın 16-ı axşam saatlarından başlayaraq, hüquq-mühafizə orqanlarının əməllərinə etiraz əlaməti olaraq İrəvan sakinləri Azadlıq meydanına toplaşmağa başlayıb. Daha sonra etirazçılar Maştots prospektində yolu bağlayıblar və Ədliyyə Nazirliyinə doğru yürüş təşkil ediblər.  

 

Etirazçılar güclü yağış altında İrəvanın mərkəzi küçələrindən keçiblər. Aksiyaya  azadlıqdan məhrum edilmiş müxalifətçi Şant Arutyunyanın oğlu Şaqenin rəhbərlik etdiyi bildirilir.  

 

Yürüş iştirakçıları ədalətin bərpa olunmasına və təqsirli şəxslərin cəzalandırılmasına çağırıblar. Etirazçılar “Serjik qatil”, “Baş prokuror istefaya” və s. şüarlar səsləndiriblər. Etirazçılar ölkə prezidentinin istefası tələbi ilə fasiləsiz "oturaq" aksiyası keçirməyə qərar veriblər.  Onlar İrəvan sakinlərini faciəvi insidentə münasibət bildirmək üçün martın 17-də Azadlıq meydanına toplaşmağa çağırıblar.

 

Həkimlərin məlumatına görə, ağır xəstəliklərdən əziyyət çəkməsinə baxmayaraq həbsdə olan  A.Sarkisyan martın 15-də istintaq təcridxanasından ağır vəziyyətdə xəstəxanaya aparılıb və mədəsindən əməliyyat edilib. O, martın 16-da reanimasiya şöbəsində ürək çatışmazlığından ölüb.   

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan tebii qaz ixracini 27 artirib
    Azərbaycan təbii qaz ixracını 27% artırıb
  • haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib
    Hacıqabulda baş verən yol qəzasında bacı-qardaş xəsarət alıb...
haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib haciqabulda bas veren yol qezasinda baci qardas xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ