Kreml Rusiya hakimiyyətini mafiya ilə müqayisə edən amerikalı senatorun bəyanatına münasibət bildirib

kreml rusiya hakimiyyetini mafiya ile muqayise eden amerikali senatorun beyanatina munasibet bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya hakimiyyətini mafiya ilə müqayisə edən amerikalı senatorun bəyanatına münasibət bildirib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü ABŞ siyasi elitasının stereotiplərin əsiri olduğunu söyləyib.

 
"Əlbəttə ki, belə sözləri başa düşmək çətindir. Mən, onların dediklərinin hansı kontekstdə olduğunu bilmirəm. Senator həqiqətən də burada olub, ölkəyə baxmaq və ölkə rəhbərliyi ilə söhbət etmək imkanı olub. Biz, çəhrayı eynək taxmırıq və gözəl başa düşürük ki, ABŞ-ın siyasi elitası stereotiplərin əsiridir və qorxunc daxili rusofob təzyiq altındadır", - deyə D. Peskov Rusiyaya səfər etmiş amerikalı konqresmen Con Kennedinin Rusiya hakimiyyətini mafiya ilə müqayisə etməsinə münasibət bildirərkən söyləyib. 
 

Qeyd edək ki, iyul ayının əvvəlində bir qrup amerikalı konqresmen Rusiyaya səfər edib. Səfər çərçivəsində onlar Sankt-Peterburq və Moskvada olublar. Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, Rusiya parlamentinin yuxarı və aşağı palatalarının spikerləri ilə görüşlər keçiriblər. 
 

Bu gün "Associated Press"də Rusiyada səfərdə olmuş konqresmenlərdən biri olan Con Kennedinin açıqlaması yayılıb. O, Rusiya hakimiyyətinin siyasi fəlsəfəsinin olmadığını, mafiya olduğunu, əsas fəlsəfələrinin hakimiyyət və pul olduğunu bildirib.    

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267