Lavrov: “İran nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir”

lavrov iran nuve proqrami cercivesinde ohdeliklerini yerine yetirir

İran nüvə proqramı çərçivəsində öhdəliklərini yerinə yetirir

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

 

“Bu gün Məhəmməd Cavad Zərif ilə İranın nüvə proqramına dair müzakirə apardıq. İran Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öhdəliklərini tam şəkildə yerinə yetirir. Bunu həm biz, həm də Beynəlxalq Atom Enerjisi Agentliyinin baş katibi təsdiqləyib”, deyə S.Lavrov bildirib.

 

Qeyd edək ki, bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Moskvaya səfər edib.

 

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
09:11 17 İyul
08:57 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ruminiya azerbaycanlilari birliyi yaradilib
    Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
  • yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir
    Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”...
yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273