Liviyanın baş naziri və general Xaftar Moskvaya səfər edəcək

liviyanin bas naziri ve general xaftar moskvaya sefer edecek

Avqustun 12-də Liviya Milli Barışıq Hökumətinin başçısı Faiz Mustafa Al-Sərrac və Milli Ordunun komandanı Xəlifə Xaftar Moskvaya səfər edəcək.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya XİN-in Liviya üzrə xüsusi nümayəndəsi Lev Denqov bəyan edib.

 

Onun sözlərinə görə, Moskvada keçirilən görüşlərdə Liviyada münaqişə tərəfləri arasında barışıq, terror qruplaşmalarına qarşı mübarizə və Liviya ərazisindən Avropaya keçməyə cəhd edən qeyri-qanuni miqrantlarla bağlı  məsələlər müzakirə olunacaq. L. Denqov həmçinin hərbi əməkdaşlıq məsələlərinə də toxunulacığını istisna etməyib. 

 

Qeyd edək ki, 2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faiz Al-Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır. Bu ilin iyulunda tərəflər 2018-ci ildə Liviyada seçkilərin keçiriləcəyinə dair razılığa gəliblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
13:04 18 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • semkirde yol qezasinda xesaret alanlarin kimliyi melum olub yenilenib
    Şəmkirdə yol qəzasında xəsarət alanların kimliyi məlum olub ...
  • italiya prezidentine heyder eliyev ordeni teqdim edilib
    İtaliya prezidentinə “Heydər Əliyev” ordeni təqdim edilib...
italiya prezidentine heyder eliyev ordeni teqdim edilib italiya prezidentine heyder eliyev ordeni teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9794
 
RR
0.0271