MDB dövlət başçılarının Soçi sammitində 18 sənəd imzalanıb

Rusiyanın Soçi şəhərində MDB ölkələrinin dövlət başçılarının sammiti keçirilib. 

 
APA-nın Soçiyə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, sammitdə ilk olaraq dövlət başçıları məhdud tərkibdə görüş keçiriblər.

 

Sonra isə görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

 
Geniş tərkibdə görüşdə 2018-ci ildən MDB-yə sədrlik edəcək Tacikistan prezidenti İmaməli Rahmon çıxış edib. O, təşkilatın fəaliyyətinin gücləndirilməsi ilə bağlı ölkəsinin və hökumətinin görəcəyi işlərdən danışıb. 

 
Sonra MDB-yə gələn ildən həmsədrlik edəcək Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxış edib. 

 
Sammitdə çıxış edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko MDB Parlamentlərarası Assambleyasının fəaliyyətindən, Rusiyanın quruma sədrlik etdiyi müddətdə görülən işlərdən danışıb. 

 
Sonda MDB liderləri sammitin yekunu olaraq müzakirə olunan məsələlərlə bağlı 18 sənəd imzalayıblar. Bu sənədlərə "MDB-nin sədrliyi haqqında" qərar, "MDB dövlət başçılarının növbəti sammitinin keçirilməsi haqqında protokol qərarı", "MDB-nin İcraiyyə Komitəsinin sədri haqqında" qərar,  "Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq Konsepsiyası”, "Terrorçuluqla mübarizə və ekstremizmin digər təzahürləri, eləcə də onların maliyyələşdirilməsi sahəsində informasiya mübadiləsi haqqında Saziş" 2019-cu ilin MDB-də "Kitab İli", 2020-ci ilin 1941-45-ci il Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi ili" elan olunması haqqında" və digər qərarlar daxildir. 

 
Qeyd edək ki, MDB ölkə liderlərinin sammitində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272