Peterburqdakı terror aktı beynəlxalq terror qrupunun Türkiyədəki üzvləri tərəfindən maliyyələşdirilib

peterburqdaki terror akti beynelxalq terror qrupunun turkiyedeki uzvleri terefinden maliyyelesdirilib

Rusiyanın Sankt Peterburq şəhərinin metropolitenində törədilən terror aktı beynəlxalq terror qrupunun Türkiyədəki üzvləri tərəfindən maliyyələşdirilib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu teraktla bağlı başlanmış cinayət işinin 10-cu fiqurantı olan Əkrəm Əzimov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qətnaməni səsləndirərkən Moskvanın Basman rayon məhkəməsinin hakimi Yelena Lenskaya deyib.  

 

“Cinayət işinin materiallarına əsasən, Əkrəm Əzimov şəxsən Türkiyəyə gedərək, Peterburqda terror aktını törətmək üçün pul alıb. Bundan başqa o, cinayət qrupunun üzvləri üçün saxta sənədlərin hazırlanması və həmin şəxslərin sərhədi maneəsiz keçməsini təşkil edib”, - deyə hakim bildirib. Onun sözlərinə görə,  terror aktının təşkilində şübhəli bilinərək həbs olunmuş  Abror Əzimov partlayışın törədilməsi üçün ayrılan pulu alaraq terror aktının icraçısı Akbarjon Cəlilova ötürüb.

 

Moskvanın Basman rayon məhkəməsi Əkrəm Əzimov barəsində iyulun 3-dək həbs olunması barədə qərar qəbul edib. Əkrəm Əzimov məhkəmədə günahsız olduğunu bildirib.

 

Terror aktının təşkilatçılarının axtarışı Rusiyanın müxtəlif bölgələrində davam etdirilir.  

 

Xatırladaq ki, aprelin 3-də Sankt Peterburq metropolitenində törədilən partlayış nəticəsində 14 nəfər ölüb, 50-dən çox sərnişin yaralanıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • formula 1 pilotlari bakida klassik avtomobillerle yurus edibler
    “Formula 1” pilotları Bakıda klassik avtomobillərlə yürüş ed...
  • moldova prezidenti heyder eliyevin mezarini ve sehidler xiyabanini ziyaret edib yenilenib
    Moldova prezidenti Heydər Əliyevin məzarını və Şəhidlər xiya...
moldova prezidenti heyder eliyevin mezarini ve sehidler xiyabanini ziyaret edib yenilenib moldova prezidenti heyder eliyevin mezarini ve sehidler xiyabanini ziyaret edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2017

USD
1.7022
 
EUR
1.9015
 
RR
0.0283
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ