Putin: "Qərbin tətbiq etdiyi sanksiyalar bu siyasəti başladanlara da ziyan edir"

putin qerbin tetbiq etdiyi sanksiyalar bu siyaseti basladanlara da ziyan edir

“Məhdudiyyətlərin mövcudluğu və sanksiyalar bizi təəccübləndirmir, qorxutmur da və bizi müstəqil, suveren inkişaf yolundan imtina etməyə məcbur edə bilməyəcək”.

 

APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Çin Media Korporasiyasının sədrinə müsahibəsində deyib.

 

Putin bəyan edib ki, Rusiya ya suveren olacaq, ya da heç olmayacaq: “Təbii ki, Rusiya xalqı birincini seçər. Bizim başqa yolumuz yoxdur. Ancaq başa düşürük ki, bizim Qərb tərəfdaşlarımız bu məhdudiyyət və sanksiyalarla inkişafın qarşısını almağa çalışır. Şübhə etmirəm ki, bu cəhdlərdən heç biri  işə yaramayacaq. Bu cür siyasətdən hər şeydən əvvəl bunu başladan tərəf itirir. Ancaq düşünürəm ki, gələcəkdə iqtisadiyyatın inkişafına zərər verən bu məhdudiyyətlər aradan qaldırılacaq, ABŞ da daxil olmaqla bütün tərəflərlə münasibətlərimizi normallaşdıracağıq”.

 

Putinin sözlərinə görə, baş verənlər göstərir ki, məhdudiyyətlərin hamıya, eləcə də bu siyasəti başladanlara zərərli olduğu gec-tez aydınlaşacaq: “Ümid edirəm ki, münasibətlər sonda normallaşacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:22 23 İyun
09:33 23 İyun
09:25 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
  • ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya
    Əbülfəz Elçibəyin doğulduğu Kələki kəndində yubileyi keçiril...
ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya ebulfez elcibeyin doguldugu keleki kendinde yubileyi kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267