Putin: "Rusiyada türk iş adamlarına qarşı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılacaq"

putin rusiyada turk is adamlarina qarsi tetbiq olunan mehdudiyyetler aradan qaldirilacaq

"İki ölkə arasında yaranan böhrandan sonra tətbiq edilən məhdudiyyətlər tam aradan qaldırılacaq".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında bildirib.

 

“Bu gün keçirilən görüşlərdə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya türk iş adamlarına qarşı iqtisadi planda tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı məsələni qaldırdı. Qeyd etmək istəyirəm ki, bu gün əldə olunan razılaşmalardan sonra bu məsələnin aradan qaldırılması texniki məsələdir. Ən qısa zamanda bu məhdudiyyətlər tam aradan qaldırılacaq”, deyə V.Putin qeyd edib.

 

Türkiyə Prezidenti Ərdoğan, öz növbəsində, deyib ki, məlum böhrana qədər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 38 mlrd. dollar idi: “Böhrandan sonra bu rəqəm 17 mlrd. dollara endi. İndi məqsəd bu rəqəmi artıraraq 100 mlrd. dollara çatdırmaqdır. Təbii ki, Rusiya tərəfinin Türkiyəyə qarşı tətbiq etdiyi məhdudiyyətlərin tam aradan qaldırılmasını gözləyirik". Ərdoğan iki ölkə rəsmilərini bundan sonrakı çıxışlarında normallaşma prosesi kəlməsindən istifadə etməməyə çağırıb: "Münasibətlərimiz artıq normallaşıb və daha da inkişaf edəcək".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabirabadda 5 neferin xesaret almasi ile neticelenen yol neqliyyat hadisesi bas verib yenilenib
    Sabirabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəq...
  • mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib
    Mingəçevirin “Günəşli” yaşayış massivini sel basıb, evlər su...
mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib mingecevirin gunesli yasayis massivini sel basib evler su altinda qalib +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ