Roman Nəsirov stasionar müalicə aldığı xəstəxanaya geri qaytarılmasını istəyib

roman nesirov stasionar mualice aldigi xestexanaya geri qaytarilmasini isteyib

Vəzifəsindən kənarlaşdırılan Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri Roman Nəsirov baş verənlərin izah edilməsi üçün Milli Antikorrupsiya Bürosuna müraciət edib. 

 

APA-nın “interfax.com.ua” saytına istinadən verdiyi məlumata görə, R. Nəsirov bildirib ki, son bir neçə gün ərzində vəziyyəti ağırlaşıb: "Bunda heç bir simulyasiya əlaməti yoxdur. İkincisi, mənimlə bağlı baxılacaq işə gəldikdə, hamıdan çox maraqlıyam ki, işə hərtərəfli baxılsın və haqlı olduğum sübuta yetirilsin”.

 

İnfarkt öncəsi vəziyyətə düşdüyünü deyən R. Nəsirov son iki gün ərzində heç bir tibbi prosedurdan keçmədiyini söyləyib: “Ən çox istədiyim odur ki, Antikorrupsiya Bürosu və ya Prokurorluq məni stasionar müalicə aldığım xəstəxanaya geri qaytarsın. İstərdim ki, həkimlər sabah keçiriləcək məhkəmə iclasınadək məni ayaq üstə qoymaq üçün əllərindən gələni etsin”.

 

Qeyd edək ki, Ukrayna Antikorrupsiya Bürosu R. Nəsirov haqqında cinayət işi açıb. O, 2 milyard qrivna həcmində dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ