Rusiyada əcnəbi media "xarici agent" siyahısına salınır

rusiyada ecnebi media xarici agent siyahisina salinir

Rusiyada fəaliyyət göstərən başqa dövlətlərin media orqanları "xarici agent" siyahısına salınır.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Dövlət Dumasında gərgin müzakirələr gedir. Əcnəbi KİV-lə yanaşı, xarici sosial şəbəkələrin də "xarici agent" siyahısına salınması təklif olunub. 
 

"Xarici KİV-in xarici agent kimi tanınmasının ardından deputatlar sosial şəbəkələrin də xarici agent hesab olunmalarına dair düzəlişlər hazırlaya bilər", - deyə hakim Vahid Rusiya (Yedinnaya Rossiya) Partiyasından bildirilib.


Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Dumanın fraksiya və komitə rəhbərləri ilə birgə iclas keçirib. İclasda rəsmi Vaşinqtonun RT (Russia Today) telekanalının "xarici agent" kimi qeydiyyata alınması tələbinə cavab olaraq Rusiyada fəaliyyət göstərən ABŞ mediasına qarşı təcili sürətdə cavab tədbirlərinin görülməsi müzakirə olunub. Vahid Rusiya Partiyasından olan deputat Pyotr Tolstoy qanun layihəsinin yalnız ABŞ KİV-inə deyil, bütün xarici KİV-lərə aid olacağını söyləyib: "Qanun ümumi xarakter daşıyır. Biz hansısa bir ölkəni ayıra bilmərik. Bu norma bütün xarici kütləvi informasiya vasitələrinə şamil olunacaq". 


Dumanın vitse-spikeri, kommunist İvan Melnikov iclasın yekunları ilə bağlı qeyd edib ki, deputatlar xarici KİV-in "xarici agent" siyahısına salınması ilə bağlı ya müstəqil qanun layihəsi hazırlayacaqlar, ya da mövcud qanuna dəyişkliklər ediləcək.

 

Rusiya parlamentinin aşağı palatasının rəhbərliyindəki mənbənin RBK-ya bildirdiyinə görə, yeni qanun layihəsi və ya mövcud qanuna düzəlişlər artıq gələn həftə qəbul oluna bilər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 16 İyul
13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 60 hektar bicilmis taxil sahesi yanib yuksek gerginlikli elektrik xetleri muhafize olunub
    Göyçayda 60 hektar biçilmiş taxıl sahəsi yanıb, yüksək gərgi...
  • bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub
    BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi “Təmiz Şəhə...
bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub bmt nin azerbaycandaki rezident elaqelendiricisi temiz seher in fealiyyeti ile tanis olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272