Rusiyada erməni iş adamının telekanalı müflisləşib

rusiyada ermeni is adaminin telekanali muflislesib

Rusiya Federal Vergi Xidməti erməni əsilli media maqnatı Aram Qabrelyanovun “News Media” holdinqinə məxsus “Jizn” qəzetinin və “Life” telekanalının müflisləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə “Kommersant” qəzeti yazıb. 
 

Qəzet qeyd edib ki, “Life” telekanalının vergi borcundan başqa, Krımda apardığı yayıma görə Rusiya televiziya və radio yayımı şəbəkəsinə borcu var. Moskva Arbitraj Məhkəməsi Federal Vergi Xidmətinin müraciətini mayın 17-də qeydə alıb.
 

"News Media"nın baş direktoru Aram Qabrelyanov "Kommersant"ın telefon zənglərinə cavab verməyib. Rusiya Xəbər Xidmətinə açıqlamasında isə o, Federal Vergi Xidmətinin iddiasını texniki adlandıb. Bildirib ki, sahibi olduğu holdinq vergi ödənişlərini 2016-cı ildə lisenziyası ləğv olunmuş “Unifin” bankına köçürüb. Bundan başqa, “Life” telekanalının verilişləri Krım Federal Dairəsinin ərazisində yayımlandığı üçün holdinqin Rusiya televiziya və radio yayımı şəbəkəsinə 16,2 milyon rubl, Moskva və Moskvaətrafı ərazilərdə yayıma görə isə 3,5 milyon rubl borcu var.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
10:05 27 İyun
16:02 26 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gedebey sakini tanisi terefinden doyulub
    Gədəbəy sakini tanışı tərəfindən döyülüb
  • semkirde 3 otaqli evde yangin olub
    Şəmkirdə 3 otaqlı evdə yanğın olub
semkirde 3 otaqli evde yangin olub semkirde 3 otaqli evde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ