Rusiyada qəza nəticəsində 40 nəfər xəsarət alıb

rusiyada qeza neticesinde 40 nefer xesaret alib

Rusiyada yük maşını ilə avtobusun toqquşması nəticəsində 40 nəfər xəsarət alıb.

 

APA-nın RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, hadisə Komi Respublikasının Udorsk rayonunda baş verib. Xəsarət alanlardan 20 nəfər xəstəxanalara yerləşdirilib.

 

Qəza nəticəsində avtobus sürücüsü ölüb. İkisi uşaq olmaqla, 20 nəfər xəstəxanalara yerləşdirilib. Daha 19 nəfərə ambulator tibbi yardım göstərilib.

 

Məlumata görə, Koslan-Usoqorsk yolunda “Ural” markalı yük maşını idarəetməni itirərək qarşı yolla hərəkət edən sərnişin avtobusuna çırpılıb.

 

“Ural”ın sürücüsü barəsində cinayət işi açılıb.

 

Rusiya FHN-nin məlumatına görə, qəzanın fəsadlarını aradan qaldırmaq üçün hadisə yerinə 68 əməkdaş və 15 texnika cəlb olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ