Rusiyalı turistlərin Azərbaycana marağı artır

Rusiya paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin (MİTT) açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Ekspotsentr" Mərkəzi Sərgi Kompleksində keçirilən sərgidə Azərbaycan ayrıca stendlə təmsil olunur.

 

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizi 30-dan çox şirkət təmsil edir. Bunlar arasında ölkəmizin turizm agentlikləri, beş ulduzlu otelləri və sağlamlıq mərkəzləri yer alıb.

 

Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin və sərgidə təmsil olunan şirkətlərin və qurumların nümayəndələri iştirak ediblər.

 

Budəfəki sərgi Azərbaycanı təmsil edən stendlərə böyük marağın olması ilə yadda qalıb. Belə ki, bu ilki sərgidə Naftalanın sağlamlıq-müalicə turizmi imkanlarını nümayiş olunduğu stend yaradılıb. Naftalandan gələn həkimlər sərgi iştirakçılarının suallarını cavablandırıblar.

 

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da nümayiş olunub. Bundan başqa sərgidə İçəri şəhər dövlət tarix və memarlıq qoruğu öz suvenir məmulatlarını nümayiş etdirib.

 

Sərgi çərçivəsində turizm sahəsi üzrə dünyanın bir sıra nüfuzlu ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar. Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri arasında ən çox turist cəlb edən ölkə olub. Azərbaycanda gələn turistlərin sayı 60 faiz artıb. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yerdə isə Gürcüstan qərarlaşıb.

 

Qeyd edək ki, Moskva Beynəlxalq Səyahət və Turizm sərgisi martın 15-dək davam edəcək.       

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272