Sarkisyan: "Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərinin ən ağrılı tərəfidir"

sarkisyan rusiyanin azerbaycana silah satmasi rusiya ermenistan munasibetlerinin en agrili terefidir

Rusiyanın Azərbaycana silah satması Rusiya-Ermənistan münasibətlərinin ən ağrılı tərəfidir.

 

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan "Armenia TV"-yə müsahibəsində bildirib.

 

S. Sarkisyan deyib ki, bu məsələ Ermənistan-Rusiya dostluğunun, Ermənistan-Rusiya hərbi əməkdaşlığının ən ağrılı tərəfidir.

 

“Bu, bir çox məsələyə kölgə salır. Digər tərəfdən isə bəzi məqamlar var ki, bizim üçün qəbuledilməz, Rusiya üçün isə qəbuledilən sayıla bilər. Hələ ki, ciddi bir şey baş verməyib. Hansısa məqamda bu, ağır fəsadlara gətirib çıxaracaqsa, o zaman ittiham etmək olar. Ağır fəsadlar olmayacaqsa, o zaman biz bunu Rusiyanın regionda vəziyyəti sabitləşdirmək üçün uzunmüddətli siyasi fəaliyyəti kimi qəbul etməliyik".

 

Rusiya ilə hərbi əməkdaşlığa son qoyulması, yaxud azaldılması məsələsinə gəlincə, S. Sarkisyanın sözlərinə görə, bunlar çox təhlükəli fikirlərdir, çox ağır vəziyyətə gətirib çıxara bilər.

 

“Bizə deyirlər əməkdaşlıq etdiyimiz tərəfləri yenidən nəzərdən keçirək. Kimi nəzərdən keçirək? Türkiyəni, ya NATO-nu? Onlar bizi bəyəm böyük məmnuniyyətlə gözləyir?" - deyə Ermənistan prezidenti söyləyib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bas prokurorluq bank standard in kecmis rehberi istintaqdan qacib gizlendiyi ucun axtarisa verilib yenilenib
    Baş Prokurorluq: “Bank Standard”ın keçmiş rəhbəri istintaqda...
  • nazirlik mmmc lerin sayi 53 e catib
    Nazirlik: MMMC-lərin sayı 53-ə çatıb
nazirlik mmmc lerin sayi 53 e catib nazirlik mmmc lerin sayi 53 e catib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.701
 
EUR
1.9798
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ