Serj Sarkisyanın qardaşı və qardaşı oğlu həbs edilib

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan  iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.

 

Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.  

 

Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bu gunden daha 2 marsrut xetti uzre avtobuslar fealiyyete baslayib
    Bu gündən daha 2 marşrut xətti üzrə avtobuslar fəaliyyətə ba...
  • azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir
    Azərbaycanda keçiriləcək “Dəniz Kuboku”na hazırlıq işləri ap...
azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir azerbaycanda kecirilecek deniz kuboku na hazirliq isleri aparilir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267