Skripal ifadə verib

skripal ifade verib

Rusiya kəşfiyyatının keçmiş zabiti Sergey Skripal Britaniyada istintaqa ifadə verib.

 

APA-nın “Sky News”a istinadən verdiyi xəbərə görə, martın 4-də qızı Yuliya ilə birlikdə Böyük Britaniyanın Slosberi şəhərində zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripal bu cinayət işini araşdıran müstənqiqlər tərəfindən dindirilib. Onun xarici səfərləri ilə bağlı bütün detallar araşdırılır.

 

Məlumatda bildirilir ki, S. Skripalın vəziyyəti yaxşılığa doğru gedir və xəstəxanada müalicəsi davam etdirilir.

 

Qeyd edək ki, Britaniya hökuməti S. Skripal və qızının kimyəvi hücum nəticəsində zəhərləndiyini bildirib. Hadisəyə görə Rusiyanı ittiham edən rəsmi London 23 rusiyalı diplomatı ölkədən çıxarıb. Britaniyaya dəstək olaraq Aİ-nin 16 ölkəsi, ABŞ, Kanada, Norveç, Avstraliya, Moldova, Albaniya, Makedoniya və Ukrayna da eyni addımı atıb. Ümumilikdə 150 rusiyalı diplomat bu ölkələrdən qovulub. Rusiya da buna cavab olaraq analoji addımlar atıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027