Telman İsmayılov barəsində həbs qərarı çıxarılıb

telman ismayilov baresinde hebs qerari cixarilib

Moskva şəhərinin Basman rayon məhkəməsi azərbaycanlı iş adamı, Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun həbsinə dair qərar çıxarıb.


APA-nın “İnterfax” Agentliyinə istinadən verdiyi xəbərə görə, T.İsmayılovun vəkili Marina Rusakova bildirib ki, T. İsmayılov sahibkarlar Vladimir Savkin və Yuri Brilyovun qətlində təqsirləndirilir.

 

Məlumata görə, məhkəmə bu qərarı oktyabrın 30-da çıxarıb. Qiyabi qəbul edilən həbs qərarı ilə əlaqədar apellyasiya məhkəməsinə müraciət edilib. Apellyasiya şikayətinə noyabrın 15-də  baxılacaq.

 

Bildirilir ki, T.İsmayılov həm də qanunsuz silah dövriyyəsində təqsirləndirilir.  Azərbaycanlı iş adamı artıq beynəlxalq axtarışa verilib.

 

Xatırladaq ki, ötən ilin yazında baş verən qətl hadisələri ilə bağlı Telman İsmayılova məxsus 12 ünvanda yoxlamalar həyata keçirilib, onun qardaşı Rafiq İsmayılov həbs edilib.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • muhendis qosunlarinin telimi kecirilir
    Mühəndis Qoşunlarının təlimi keçirilir
  • bakida 2018 camca regional forumu kecirilir
    Bakıda 2018 CAMCA Regional Forumu keçirilir
bakida 2018 camca regional forumu kecirilir bakida 2018 camca regional forumu kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267