“Türk axını”nın inşasına yaxın günlərdə başlanılacaq

turk axini nin insasina yaxin gunlerde baslanilacaq

Rusiyanın “Qazprom” şirkəti yaxın bir neçə günə “Türk axını” layihəsinin dəniz hissəsində boruların çəkilməsinə başlamağa hazırdır. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə şirkət rəhbəri Aleksey Miller Rusiya prezidenti Vladimir Putinə məlumat verib.  

 

 Kremlin mətbuat xidmətinin məlumatında bildirilir ki, Miller “Qazpromun” layihə üzrə bütün hazırlıq işlərini başa çatdırdığını və dəniz hissəsində boruların çəkilişinə dair müvafiq göstərişin verilməsini gözlədiyini vurğulayıb.

 

Putin Türkiyənin layihəni dəstəkləməkdə davam edəcəyinə əmin olduğunu qeyd edib.

 

“İşləməyə başlamaq lazımdır”, - deyə prezident bildirərək, layihənin dəniz hissəsində boruların çəkilişinə başlamağı tapşırıb.  

 

Qeyd edək ki, layihəyə əsasən Qara Dənizin dibi ilə 4 boru xəttinin çəkilməsi nəzərdə tutulub.  

 

İlk iki xəttin layihələndirilməsi, inşası və istismarı ilə bağlı bütün məsələlər “South Stream Transport B.V” şirkətinə həvalə edilib.  Bu barədə Rusiya tərəfə artıq rəsmi Ankaranı məlumatlandırıb.

 

Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:02 29 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ecdadlarin izi ile movzusunda elmi konfrans kecirilib
    Bakıda "Əcdadların izi ilə" mövzusunda elmi konfrans keçiril...
  • koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir
    “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzi əvvəlki yerinə qaytarı...
koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir koroglu neqliyyati mubadile merkezi evvelki yerine qaytarilir +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ