Ukraynalı deputat Zaparojye Vilayət Şurasının "erməni soyqırımı" müraciətinə etiraz edib

ukraynali deputat zaparojye vilayet surasinin ermeni soyqirimi muracietine etiraz edib

Ukrayna Ali Radasının Azərbaycan Milli Məclisi ilə işçi qrupunun rəhbəri Maksim Kuryaçiy Zaparojye Vilayət Şurasının parlamentə ünvanladığı uydurma “erməni soyqırımı” müraciətinə etiraz edib.

 

M. Kuryaçiy APA-ya açıqlamasında bununla bağlı bəyanat yaydığını bildirib.

 

O qeyd edib ki, Ukraynada heç bir yerli Şuranın strateji əhəmiyyətli məsələləri müzakirəyə çıxarmağa hüququ yoxdur: “Bu, onların (Zaparojye Vilayət Şurasının deputatları-red.) səviyyəsi deyil. Onların buna ixtiyarı yoxdur. Biz Ukrayna cəmiyyətinin milli mənsubiyyətə görə parçalanmasına yol verməməliyik. Ali Radanın gündəmində belə məsələ ola bilməz. Halbuki bunu gündəmə gətirmək cəhdləri olur”.

 

Deputat qeyd edib ki, məsələ ilə bağlı insanlar suallar verir: “Bu kimi suallar çox mürəkkəbdir, narahatlıq doğurur, tarixin çətin mərhələlərini əhatə edir. Bu da öz növbəsində Azərbaycan və Türkiyə diplomatik strukturlarının haqlı narahatlığına səbəb olur”.

 

M. Kuryaçiy bildirib ki, ümumiyyətlə hər dəfə Azərbaycanla Ukrayna arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə çıxanda, iqtisadi, siyasi və mədəni əlaqələr güclənəndə, istənilən yolla bu perspektivli əməkdaşlığı zəiflətmək cəhdləri ortaya çıxır. Onun sözlərinə görə, bu kimi məsələləri qabardanlar Ukraynanı etibarlı tərəfdaşlarla üz-üzə qoymağa çalışır: “Ukrayna cəmiyyəti təmkin nümayiş etdirməli və siyasi manipulyasiyalara uymamalıdır. İddia olunan məsələ ilk növbədə obyektiv və qərəzsiz şəkildə tarixçilər tərəfindən öyrənildikdən sonra Ukrayna cəmiyyəti və siyasi dairələrin gündəminə daxil ola bilər. Ali Radanın təcrübəsində indiyə qədər bu kimi məsələlərlə bağlı çoxlu müraciətlər olsa da, heç vaxt müzakirəyə çıxarılmayıb və indi də çıxarılmaz”.

 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, bu, mümkün olmayıb.

 

Xatırladaq ki, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu məsələ ilə bağlı Ali Radanın sədri Andrey Parubiyə müraciət edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan men kurd terrorcularina qarsi emeliyyat barede rusiya ve abs i xeberdar etdim
    Ərdoğan: “Mən kürd terrorçularına qarşı əməliyyat barədə Rus...
  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ