Ukrayna Rusiyaya qarşı sanksiyaları genişləndirib

ukrayna rusiyaya qarsi sanksiyalari genislendirib

Ukrayna dövləti Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirib.

 

APA-nın Ukrayna dövlət başçısının saytına istinadən verdiyi məlumata görə, prezident Pyotr Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya tətbiq edilən Rusiya vətəndaşlarının və şirkətlərinin siyahısının genişləndirilməsi barədə qərarını təsdiqləyib. Qərara əsasən sanksiyaların müddəti də uzadılıb. Siyahıya Rusiya Dövlət Dumasının deputatları, o cümlədən Aleksey Juravlyov, Vladimir Rodin, Vladimir Bessonov, Aleksandr Kulikov, Aleksey Didenko, Mixail Bryaçak, Oleq Paxalkov daxil edilib. Onların bir il ərzində Ukraynaya girişinə qadağa qoyulub.

 

Bundan başqa, Ukrayna bir sıra Rusiya media orqanlarının 3 il ərzində ölkədə fəaliyyətini qadağan edib.

Genişləndirilmiş siyahıya ümumilikdə 1228 fiziki şəxs, 468 hüquqi şəxs daxil edilib. Hüquqi şəxslər üçün sanksiya bir ildən 3 ilə kimi, hüquqi şəxslər üçün isə bir, 3, 5 il və müddətsiz təyin edilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • moskvada 28 may respublika gunu munasibeti ile tenteneli qebul kecirilib
    Moskvada 28 May-Respublika Günü münasibəti ilə təntənəli qəb...
  • 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib
    ® “Nar” abunəçiləri arasında keçirilən lotereya qaliblə...
174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib 174 nar abunecileri arasinda kecirilen lotereya qaliblerine mukafatlar teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ