Putin dövlətə xəyanətdə ittiham olunan şəxsi əfv edib

putin dovlete xeyanetde ittiham olunan sexsi efv edib

Rusiya prezidenti Vladimir Putin dövlətə xəyanətdə ittiham olunan Oksana Sevastidini əfv edib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, imzalanan fərman 5 gündən sonra qüvvəyə minir.

 

Dekabr ayında keçirilən böyük mətbuat konfransında V. Putin məhkəmənin qərarını “kifayət qədər sərt” adlandırıb və məsələyə baxacağını deyib.

 

O. Sevastidi 2008-ci ildə Gürcüstan-Rusiya müharibəsindən öncə Gürcüstandakı tanışına Rusiya hərbi texnikasının hərəkəti barədə göndərdiyi sms-ə görə ittiham olunub. 2015-ci ildə dövlətə xəyanət ittihamı ilə saxlanılan O. Sevastidi 2016-cı ildə 7 il həbs cəzası alıb.

 

Martın 15-də apelyasiya şikayəti verilməsinin tarixi ilə bağlı məhkəmə iclası keçiriləcək. O. Sevastidinin vəkili əfv fərmanına rəğmən şikayət ərizəsinin geri çağırılmayacağını deyib. Onun sözlərinə görə, əfv reabilitasiya hallı hesab edilmir və müdafiə bəraət qərarına nail olmaq niyyətindədir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • silahli quvvelerin bas klinik hospitalinin 25 ci ildonumu munasibetile tedbir kecirilib
    Silahlı Qüvvələrin Baş Klinik Hospitalının 25-ci ildönümü mü...
  • bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib
    BDU-da “İslam Həmrəyliyi İli 2017: reallıqlar, perspektivlər...
bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib bdu da islam hemreyliyi ili 2017 realliqlar perspektivler movzusunda konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ