Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏNİB

bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib

UEFA bu gün 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.

 

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının finalı Madriddəki “Vanda Metropolitano” arenasına, Avropa Liqasının həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park” Arenada keçiriləcək.

 

Qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib.

 

UEFA-nın saytında yer alan məlumatda Super Kubok görüşünün 2019-cu ilin 14 avqustunda, Bakıda keçiriləcək AL-in finalının həmin ilin mayın 29-da, ÇL-in həlledici matçının isə iyunun 1-də baş tutacağı bildirilib.

 

***

 

19:18

 

2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

APA-nın məlumatına görə, müvafiq qərar UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub. 

 

Çempionlar Liqasının finalı isə Madridin “Vanda Metropolitano” stadionunda baş tutacaq. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustandaki neriman nerimanov adina medeniyyet evi ile bagli 15 illik muemma arasdirma
    Gürcüstandakı “Nəriman Nərimanov adına Mədəniyyət Evi” ilə b...
  • qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib
    Qəbələdə beynəlxalq yarışa və ümumrespublika birinciliyinə s...
qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib qebelede beynelxalq yarisa ve umumrespublika birinciliyine start verilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.981
 
RR
0.0269