AFFA-nın lisenziya verdiyi klublar bəlli olub

affa nin lisenziya verdiyi klublar belli olub

Bu gün AFFA Lisenziya Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, qurumun inzibati binasında baş tutan iclasda 2017-18 mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya üçün müraciət etmiş klubların ərizələrinə baxılıb.

 

Müzakirələrdən sonra 6 klubun (“İnter”, "Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”) avrokuboklarda iştirak üçün müraciəti müsbət cavablanıb.

 

3 ili tamam olmayan “Zirə”nin müraciəti isə UEFA-nın razılığına əsasən baxılaraq, qəbul edilib.

 

“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n 13-cü maddəsinə müvafiq olaraq, 2017-18 mövsümündə UEFA-nın klub turnirlərinə qatılmaq üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsümdə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün lisenziya almış olurlar. Bu komandalarla yanaşı, “Kəpəz” və “Səbail”ə də Premyer Liqada iştirak üçün lisenziya verilib.

 

Eyni arzuda olan 6 klub -  AZAL, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” isə tələblərə cavab verən sənədləri toplaya bilməyiblər. Lakin onlar imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti vermək hüququna malikdilər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan prezidenti rusiyaya sefer edib
    Azərbaycan prezidenti Rusiyaya səfər edib
  • sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib
    Sabunçuda üç nəfər dənizdə batmaq təhlükəsi ilə üzləşib...
sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib sabuncuda uc nefer denizde batmaq tehlukesi ile uzlesib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ