Araz Abdullayev “Anortosis” klubundan ayrılıb

araz abdullayev anortosis klubundan ayrilib

Azərbaycan millisinin yarımmüdafiəçisi Araz Abdullayev “Anortosis”lə yollarını ayırıb. Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı Kipr mətbuatı yayıb.

 

Mövsümü 3-cü pillədə başa vuran Famaqusta təmsilçisi heyətinə əl gəzdirməyə başlayıb. Klub rəhbərliyi müqavilə müddəti başa çatan 4 futbolçu ilə yeni sözləşmə bağlamamaq qərarına gəlib ki, onlardan biri də məhz Abdullayevdi.

 

Belə ki, “Anortosis” “Qəbələ”dən icarəyə götürdüyü 26 yaşlı yarımmüdafiəçini transfer etmək istəməyib.

 

Arazla yanaşı, PAOK-dan icarəyə götürülən gənc hücumçu Nikolas Matteu da müqavilə ilə məxsus olduğu komandaya qayıdıb. Bundan başqa, bolqarıstanlı yarımmüdafiəçi Vladimir Qadzev və ispaniyalı hücumçu Migel Palanqa da “Anortosis”lə vidalaşıb.

 

Qeyd edək ki, Araz Abdullayev geridə qalan mövsüm “Anortosis”in heyətində 29 oyun keçirib, 3 qola imza atıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kafede partlayis neticesinde olenlerin kimliyi melum olub yenilenib 2
    Bakıda kafedə partlayış nəticəsində ölənlərin kimliyi məlum ...
  • bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib
    Baş Prokurorluq AXC-nin 100 illik yubileyinə həsr olunmuş ko...
bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib bas prokurorluq axc nin 100 illik yubileyine hesr olunmus konfrans kecirib +2
MƏZƏNNƏ
FOREX
/ 22 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273