Avropa Liqasında yarımfinalçılar məlum olub - NƏTİCƏLƏR

avropa liqasinda yarimfinalcilar melum olub neticeler

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan 4 görüşdən sonra yarımfinalçılar məlum olub.

 

Turnirin əsas favoriti “Mançester Yunayted” səfərdə qollu bərabərə qaldığı “Anderlext”i qəbul edib. Bu oyunda da əvvəlki matçda olduğu kimi əsas vaxt 1:1 hesabı ilə başa çatıb. “Qırmızı şeytanlar”ı uzatma dəqiqələrində Reşfordun vurduğu qol yarımfinala çıxarıb.

 

Belçikanın digər təmsilçisi “Genk” cavab oyununu evdə keçirib. “Şirinlər” doğma arenada “Selta” ilə üz-üzə gəliblər. Səfərdə minimal hesabla məğlub olan Albert Stuvenberqin kollektivi “Selta” səddini keçə bilməyiblər - 1:1.

 

Əvvəlki günlərinə qayıtmağa çalışan “Ayaks” Almaniyaya səfər edib. “Tanrıların oğlanları” evdə 2:0 hesabı ilə qalib gəldikləri “Şalke” ilə bu dəfə Gelzenkirhendə qarşılaşıblar. Matçın əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə tamamlanıb - 2:0. Uzatma dəqiqələrində almanlar daha bir qol vurublar. Ancaq sonradan özündə güc tapan hollandlar iki qol vuraraq vətənə yarımfinal sevinci ilə dönüblər.

 

Türkiyənin Avroliqadakı yeganə təmsilçisi “Beşiktaş” “Lion”la münasibətlərinə aydınlıq gətirib. Türklər səfər qoluna güvənsələr də, bu, onlara çox da kömək etməyib. Belə ki, oyunun ilk hissəsi Fransadakı hesabla - 2:1 başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayınca qalibi penalti vuruşları bəlli edib. Gərgin geçən perioddan "Lion" qalib ayrılıb - 7:6.

 

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

 

“Beşiktaş” (Türkiyə) – “Lion” (Fransa) - 2:1 ( 6:7 penaltilər)

Qollar: Talişça, 27, 58 - Lakazette, 34

 

Baş hakim: Milorad Maziç (Serbiya)

İstanbul. “Vodafon Arena”

İlk oyun – 1:2

 

“Genk” (Belçika) – “Selta” (İspaniya) - 1:1

Qollar: Trossard, 67 - Sisto, 64

 

Baş hakim: Villiam Kollum (Şotlandiya)

Genk. “Luminus Arena”

İlk oyun – 2:3

 

“Mançester Yunayted” (İngiltərə) – “Anderlext” (Belçika) - 2:1

Qollar: Mxitaryan, 10, Reşford, 107 (əlavə vaxtda) - Hanni, 32

 

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Mançester. “Old Trafford” stadionu

İlk oyun – 1:1

 

“Şalke” (Almaniya) – “Ayaks” (Hollandiya) - 3:2

Qollar: Qoreçka, 53, Burqstaller, 56, Kaliquri, 101 (əlavə vaxtda) - Virgever, 111 (əlavə vaxtda), Yunus, 120 (əlavə vaxtda)

 

Baş hakim: Ovidiu Hateqan (Rumıniya)

Gelzenkirhen. “Veltins Arena”

İlk oyun – 0:2 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • www esgeremektub com vasitesi ile ilk mektublar esgerlere catdirilib fotosessiya
    “www.esgeremektub.com” vasitəsi ilə ilk məktublar əsgərlərə ...
  • erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib
    Ərdoğan PPK və FETÖ ilə bağlı ABŞ-a xəbərdarlıq edib...
erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib erdogan ppk ve feto ile bagli abs a xeberdarliq edib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2017

USD
1.7022
 
EUR
1.8999
 
RR
0.0285
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ